9 iyn 2023 12:30
Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinin ayrıca fəaliyyət kimi həyata keçirilməsinin müəyyən edilməsi, lisenziya alan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsi təklif olunur.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Bundan başqa, onun sözlərinə görə, nizamnamə kapitalının minimum miqdarının və girov vəsaitinin miqdarının Azərbaycan Mərkəzi Bankının müəyyən etməsi də təkliflər sırasındadır.