30 iyn 2023 14:45
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vaqner”in üsyanı ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, “Vaqner”in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib. Lavrov bəyan edib ki, Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir. Lavrovun sözlərinə görə, Rusiya böhrandan daha da güclənərək çıxıb.
Qeyd edək ki, “Vaqner” muzdluları müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeriy Gerasimovun istefa tələbi ilə qiyam qaldırmışdı. Onlar Ukraynadakı hərbi əməliyyatların düzgün aparılmadığını irəli sürür.