METBUAT.AZ

Siyasət

Vardanyan dilini dinc qoymur:

6 iyn 2023 12:40

“Kriminal oliqarx Ruben Vardanyanın son günlər verdiyi açıqlamalar, başından böyük bir hərəkətlər etdiyinə sübutdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov Ruben Vardanyanın erməni ictimaiyyətini Qarabağla bağlı əssasız fikirlər irəli sürərək çıxışlar etməyə çağırması ilə bağlı açıqlamalarına münasibət bildirən zaman deyib. Politoloq hesab edir ki, heç bir vəzifə tutmayan Vardanyanın bu çıxışlarının nəyə istiqamətləndiyi də sual yaradan vəziyyətdir.

Zaur Məmmədov

“Xatırlatmaq istəyirəm ki, Vardanyan və onun kimilər orada vəzifə tutsalar belə unutmamalıdırlar ki, hər biri Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşaraq fəaliyyət göstərirlər. Bu Azərbaycanın Konstitusiyasına ziddir, beynəlxalq hüquq normalarını pozmaq deməkdir”.

Rəsmi Bakının separatçılara son xəbərdarlığı və sülh şansı verərək onlarla dialoqa hazır olduğunu qeyd edən Zaur Məmmədov vurğuladı ki, bu təkliflər qəbul olunmayacağı təqdirdə Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində antiterror əməliyyatı keçirə bilər.

“Bu olduqca aktual əhəmiyyət daşıyır və istənilən dəqiqədə biz bunun şahidi ola bilərik. O zaman biz Ruben Vardanyanın şücaəti və cəsarətinin nədən ibarət olduğunu görəcəyik. Ümumiyyətlə, onun kimi danışanlar da 44 günlük müharibə dövründə aqibətlərini çox pis olacaqlarını gördülər və qaçaraq zirzəmilərdə gizləndilər. Bu dəfə baxacağıq Vardanyan zirzəmidə olacaq, yoxsa Azərbaycan ordusunun qarşısında”,- deyə Zaur Məmmədov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.