METBUAT.AZ

Ölkə

“Veysəloğlu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “YAŞAT” Fonduna dəstək oldu

1 iyn 2023 13:37

Veysəloğlu Şirkətlər Qrupu 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə dəstək verib.

Layihə çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”in dəstəyi ilə Bakı daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində şəhidlərin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılacaq.

Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən hərbçilərin övladlarına sevinc bəxş edərək onların hərtərəfli inkişafına dəstək olmaqdır.

Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edəcək.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində idman, xeyriyyəçilik, vətənsevərlik, mədəniyyət, təhsil sahələrində layihələr həyata keçirir.


metbuat.az.