7 iyn 2023 16:17
Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılıb və ona Azərbaycan ərazisinə daxil olmağa icazə verilməyib.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, mülki geyimli şəxs məhz hərbçi olduğuna görə sərhəd-buraxılış məntəqəsindən keçməsinə qadağa qoyulub.
Ermənistan mətbuatı isə baş verən bu hadisəni belə qiymətləndirib:
“Bu hadisə onu deməyə əsas verir ki, azərbaycanlılar sərhəddən keçmək istəyən istənilən şəxsin kimliyini müəyyən edə bilirlər, onların müvafiq məlumat bazası var. Üstəlik bu hadisə Rusiya sülhməramlıları və Rusiya faktorunun Qarabağda hər hansı rol oynamadığını təsdiq edir”.