METBUAT.AZ

Dünya

Xersonda suyun səviyyəsi düşür

9 iyn 2023 12:14

Ukraynada Kahovka bəndinin vurulmasından sonra Xersonda baş verən selin səviyyəsi azalmağa başlayıb.

Metbuat.az xəbər verir ki bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib. O bildirib ki, Kahovka bəndinin vurulmasından sonra Xersonda suyun səviyyəsi 5,5 metrə çatmışdı. İndi isə suyun səviyyəsi 20 santimetr azalıb.

“Suyun 20 santimetr aşağı düşdüyünü görürük. Səhər saatlarına olan məlumata görə, rayonda suyun səviyyəsi 5,38 metr təşkil edir. Xerson şəhərində 5,35 metr səviyyəsindədir. Regionun 32 yaşayış məntəqəsində 3 min 624 ev su altında qalıb, 2 min 352 nəfər və 550-yə yaxın heyvan təxliyə edilib” - Aleksandr Prokudin deyib.


metbuat.az.