METBUAT.AZ

Hadisə

Xəzər dənizində partlayıcı vasitələrdən istifadə edərək balıq ovlayan şəxslər saxlanıldı -

14 iyn 2023 12:50

Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsi tərəfindən keçirilmiş rejim tədbirləri zamanı 10, 12 və 13 iyun 2023-cü il tarixlərində sərhəd gəmisi tərəfindən Böyük Tava, Kiçik Tava, Çurka, Yal, Dardanel, Qarasu, Gil, Xərə-Zirə, Daşsız, Adsız adaları, həmçinin Kumani və Kornilov-Pavlov bankalarına baxış keçirilib.

İyunun 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti ilə həyata keçirilən rejim tədbirləri nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda, Qaradağ reydində icazəsiz rejim sularına çıxan “ƏL-1431” bort nömrəli kiçikhəcmli üzmə vasitəsinin heyətində şübhəli hallar aşkar edilib.

Həyata keçirilən rejim tədbirləri nəticəsində partlayıcı vasitələrdən istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Qaradağ rayon sakinləri Nuriyev Elman Bibiqulu oğlu, Dəmirov Mustafa Babahəsən oğlu və İskəndərov Şəhriyar Aydın oğlu saxlanılaraq Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.


metbuat.az.