METBUAT.AZ

Hadisə

Xırdalanda 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı

16 iyn 2023 11:06

İyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.


metbuat.az.