METBUAT.AZ

İqtisadiyyat

Yanvar-mayda pensiya ödənişlərinə 2 mlrd. manatdan çox vəsait yönəldilib

12 iyn 2023 11:34

2023-cü ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (317 mln. manat) çox olmaqla 2 mlrd. 366 mln. manat vəsait yönəldilib.

Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata

görə, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


metbuat.az.