METBUAT.AZ

Dünya

Yenidən eyni klubda görüşürlər

8 iyn 2023 12:20

Lionel Messini transfer edən “İnter Mayami” “Barselona”nın daha 3 keçmiş futbolçusunu heyətə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, onlar Serxio Buskets, Jordi Alba və Luis Suaresdir. İddialara görə, Luis Suaresin transferi artıq yekunlaşmaq üzrədir. Uruqvaylı hücumçunun “Qremio” ilə 2024-cü ilə qədər müqaviləsi olsa da, Suares klubdan ayrılmaq barədə qarşılıqlı razılıq əldə edib. Serxio Buskets və Jordi Alba isə azad agent statusundadırlar. Onların da “İnter Mayami”nin təklifinə razılıq verdiyi deyilir.

Qeyd edilir ki, bu futbolçuların “İnter Mayami”yə razılıq verməsinin əsas səbəbi Messidir. Onlar Messi ilə yaxın dostdur.


metbuat.az.