19 iyn 2023 12:50
Yerin fırlanma oxu 20 il ərzində təxminən 80 sm şərqə doğru dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə Amerika Geofizika İttifaqının tədqiqatçıları araşdırma aparıb. Məlumata görə, qrunt sularının həddindən artıq istehlakı nəticəsində Yerin fırlanma oxu 20 il ərzində 80 sm şərqə doğru dəyişib. Qrunt sularının təsiri olmadan belə bir dəyişikliyin mümkün olmayacağını qeyd edən tədqiqatçılar, yerin altından azı 2 trilyon ton suyun çəkildiyini təxmin ediblər. Bildirilir ki, qrunt sularından içməli və kənd təsərrüfatının suvarılması kimi məqsədlər üçün istifadə olunur. Mütəxəssislər sudan istifadənin Yer kürəsinin hərəkətinə necə təsir etdiyini belə izah edir:
“Planetdə suyun paylanması çəkinin necə paylanmasına təsir edir. Su hərəkət etdikcə Yer bir az fərqli fırlanır”.