METBUAT.AZ

Siyasət

Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycan arasındakı məsafə nə qədər olacaq?

3 iyn 2023 11:57

“Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir:

“Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.


metbuat.az.