6 iyn 2023 10:47
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) karyerasını başa vuran Zlatan İbrahimoviçin yubiley qollarını sıralayıb.
Metbuat.az bildirir ki, isveçli forvardın karyerasında vurduğu son top da cədvəldə qeyd olunub.
41 yaşlı İbra XXI əsrin ən məhsuldar hücumçuları arasında karyerasını bitirən ilk oyunçu olub. O, dünya futbolunda son 4 onilliyin hər birində qol vuran 10 oyunçudan biridir.
Qol | Tarix | Komanda | Oyun | Yaş |
1 | 30/10/1999 | “Malmö” | “Vastra” – 2:1 | 18 yaş 27 gün |
100 | 25/10/2006 | “İnter” | “Livorno” – 4:1 | 25 yaş 22 gün |
200 | 30/10/2010 | “Milan” | “Yuventus” – 1:2 | 29 yaş 27 gün |
300 | 11/06/2013 | İsveç | Farer adaları – 2:0 | 31 yaş 251 gün |
400 | 17/11/2015 | İsveç | Danimarka – 2:2 | 34 yaş 45 gün |
500 | 20/04/2019 | “Los Anceles Qalaksi” | “Hyuston Dinamo” – 2:1 | 37 yaş 199 gün |
561 | 18/03/2023 | “Milan” | “Udineze” – 1:3 | 41 yaş 166 gün |