METBUAT.AZ

Dünya

200 ildən sonra indi himayə altında olmaq istəyirik -

11 iyl 2023 14:20

İsveçin Baş naziri Ulf Kristersson, ölkəsinin NATO üzvlüyünü qazanaraq hərbi alyansa çox böyük töhfə verə biləcəyini ifadə edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı mühüm qərarlar qəbul edilib. Kristersson Prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberqlə çox yaxşı görüşlər keçirdiklərini bildirib. Kristerssonun sözlərinə görə, ölkəsi 200 ildən sonra indi himayə altında olmaq istəyir:

"Biz bütün NATO üzvlərinin bilməsini istəyirik ki, İsveç də Alyansın təhlükəsizliyini təmin edəcək. Biz uzun müddət üçün buradayıq. Biz terrorizmlə mübarizədə, mütəşəkkil cinayətkarlıqla mübarizədə sadiqik. İsveçin alyansa töhfə verəcəyi çox şey var. Ötən gün əldə olunan nəticədən çox məmnunam. İndi təsdiqləmələrin tamamlanmasını səbirsizliklə gözləyirik. İsveç Avropa Birliyi ilə Türkiyə arasında sıx əlaqələrə üstünlük verir. Biz indi iqtisadi əlaqələrin inkişafını, Gömrük İttifaqının yenilənməsini, daha yaxşı viza qaydalarını dəstəkləyirik. Bu, daha sıx əməkdaşlıq üçün münbit zəmin yaradacaq".


metbuat.az.