METBUAT.AZ

Ölkə

2023-də vəfat edən tanınmışların ölüm səbəbləri -

21 iyl 2023 12:03

2023-cü ilin ilk yarısında Azərbaycan sənət aləmində bir çox tanınmış şəxs həyatını itirib. Onlar arasında tanınmış Xalq artistləri və Əməkdar artistlər, jurnalistlər də var.

Metbuat.az onların siyahısını təqdim edir:

Əməkdar artist Tünzalə Əliyeva

2023-cü il qədəm qoyar-qoymaz əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 22-də vəfat edən 49 yaşlı aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Xalq artisti Ramiz Novruz

Xalq artisti Ramiz Novruz fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aktyor Yasamal rayonunda yerləşən evindəki vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında dəfn edildi.

Jurnalist Ellada Mustafayeva

Uzun müddət xərçəng xəsətliyindən əziyyət çəkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

İlahiyyatçı Hacı Şahin Həsənli

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirdi. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

“SOY” prodakşının rəhbəri

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev mart ayının 22-də yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Xalq artisti Aftandil İsrafilov

AzərbaycanınTanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprel ayının 29-da ürəyi dayanıb. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov

May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.

Deputat Madər Musyaev

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.


Jurnalist Natəvan Babayeva

Uzun illər keçmiş ANS-də çalışan jurnalist aparıcı Natəvan Babayeva xərçəng xəstəliyindən iyulun 20-də vəfat edib.


metbuat.az.