11 iyl 2023 11:52
Türkiyənin İsveçin NATO-ya üzv olması ilə bağlı mövqeyinin nisbətən dəyişməsindən sonra ABŞ-dan F-16 təyyarələrinin Ankaraya satışı ilə bağlı dəstək mesajları verilib.
Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyəyə F-16-ların satışını açıq şəkildə dəstəklədiyini bəyan edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında “Bir müddətdir F-16 satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə elan etdiyimiz kimi, onlara özəl görüşlərdə də bunu bildiririk. Amma bir qrup Konqres üzvü var ki, biz inanmasaq da, onlar bu məsələnin NATO-ya üzvlüklə bağlı olmalı olduğuna inanırlar”deyə bildirib.
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan isə bəyan edib ki, Bayden Konqreslə məsləhətləşərək F-16-ların Türkiyəyə satışını irəlilətməyi planlaşdırır.