METBUAT.AZ

Dünya

ABŞ-dən "Taxıl sazişi"nin dayanmasına REAKSİYA -

18 iyl 2023 09:52

ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına yenidən baxmağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin yaydığı bəyanatda deyilir: Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək".

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya dünən Taxıl sazişi"dən çıxdığını bəyan edib.


metbuat.az.