METBUAT.AZ

İdman

Adrian Mutu "Neftçi"nin baş məşqçisi oldu -

11 iyl 2023 14:00

Bu gün “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir.

Görüşdə “Neftçi” PFK-nın hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.

Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.


metbuat.az.