METBUAT.AZ

Ölkə

Altı ayda 2200-dən çox şəxsə elektron nəzarət vasitələri

6 iyl 2023 17:19

Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.

Metbuat.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Məlumata görə, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.


metbuat.az.