6 iyl 2023 18:15
Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirilir, altı ayda yarım milyona yaxın icra sənədinin icrasının təmin edildiyi və 303 milyon manatdan artıq vəsaitin ödətdirildiyi qeyd olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Diqqətə çatdırılıb ki, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 213 iş üzrə ibtidai istintaq tamamlanıb, fiziki və hüquqi şəxslərə vurulan ziyanla bağlı istintaqın gedişində ödətdirilən vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.
Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.