METBUAT.AZ

İqtisadiyyat

AMB-nin dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı

20 iyl 2023 16:30

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı keçib.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, notların ümumi dəyəri ötən günlə müqayisədə 67,2 milyon manat artaraq 1 milyard 543,35 milyon manata çatıb.

Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 6,88 %, 8,88 %, 9,17 % və 10,82 %-dir.


metbuat.az.