28 iyl 2023 11:19
“Real Madrid”in futbolçusu Arda Gülər klubun fiziki məşqlərinə görə tam hazır deyil.
Metbuat.az İspaniya mediasına istinadən xəbər verir ki, fiziki yüklənməyə məruz qalan Arda Gülər artıq klubun 2 yoldaşlıq oyununu buraxıb. Məlumata görə, onun “Barselona” ilə yoldaşlıq görüşünü də buraxması gözlənilir. Klubun fiziki məşqçiləri onun tezliklə fiziki olaraq formaya düşməsi üçün çalışır. Qeyd edək ki, Arda Gülər “Real Madrid”in təlim keçmək üçün ABŞ-a gedən heyətində yer alıb.
Mətbuatda bundan əvvəl dərc edilən xəbərlərə görə, Arda Gülər performansı ilə baş məşqçi Karlo Ançelottini valeh edib. Bununla belə, italiyalı məşqçi milli futbolçunun fiziki cəhətdən lazımi səviyyədə olmadığını qeyd edib. “AS” qəzetinin xəbərinə görə, “Real” Arda Gülərin performansına mənfi təsir göstərmədən əzələ gücünü artırmağa yönəlmiş proqram həyata keçirir.
Proqram tətbiq edilərkən onun yaradıcılığına, sürətinə və oyuna baxışına mənfi təsir göstərməməsi üçün tədbirlər görülüb. “Real” əvəllər Vinicius və Rodrigo üçün də proqram tətbiq edib.