METBUAT.AZ

İdman

Arda Gülər "Real"ın heyətindən çıxarıldı -

29 iyl 2023 21:29

"Real Madrid"in türk futbolçusu Arda Gülər heyətdən çıxarılaraq ABŞ-dən İspaniyaya göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Komandadan ayrı fərdi məşq edən və müalicə alan Ardanın zədəsi keçməyib. Buna görə də, onun müalicə üçün Madridə geri dönməsi qərarı verilib.

Qeyd edək ki, Arda Gülər məşqdə aldığı zədə səbəbindən "Mançester Yunayted" və "Milan" matçlarını qaçırmışdı.


metbuat.az.