METBUAT.AZ

Hadisə

Astarada dənizdə batan uşağın meyiti tapılıb

23 iyl 2023 10:09

Astarada dənizdə batan uşağın meyiti tapılıb.

Metbuat.az xəbər verir k, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


metbuat.az.