METBUAT.AZ

Mədəniyyət

Atasız böyüdü, Müslüm Maqomayevlə həyatı dəyişdi -

6 iyl 2023 16:48

Xəbər verdiyimiz kimi, Tamara Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Metbuat.az Tamara Sinyavskayanın dosyesini təqdim edir:

Məşhur opera müğənnisi Tamara Sinyavskayanın 1943-cü il iyulun 6-da Moskvada anadan olub. Onun atasının kim olduğu məlum deyil, Tamara onu heç görməyib. Onu anası Mariya Sinyavskaya böyüdüb. 10 yaşında Tamara xorda oxumağa başlayır, 20 yaşında isə o, konservatoriya təhsili olmadan Böyük Teatrının səhnəsində karyerasına başlayır. Onun karyerası yüksəlməyə başladıqda tezliklə gənc qız müğənni truppanın əsas heyətinə daxil olur və əsas partiyaları ifa etməyə başlayır. Beş ildən sonra isə dünyanın ən yaxşı opera teatrları onu dəvət etməyə başlayır. 1970-ci ilə qədər 27 yaşlı müğənni Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirir və P.İ.Çaykovski adına məşhur müsabiqəsinin qalibi olur.

Sinyavskayanın ilk əri Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Musiqili Teatrının balet truppasının tərkibində çıxış edən Sergey Berejnoy olub. Lakin bu evlilik uzun sürməyir.

1972-ci ildə isə o, Müslüm Maqomayevlə tanış olur. Bu hadisə Bakıda Rusiya incəsənətinin festivalının keçirildiyi yerdə baş verir. 1974-cü ildə Tamara Sinyavskaya və Müslüm Maqomayev evliliyə addım atırlar. Cütlük 35 il birlikdə yaşayıb Lakin bu evlilikdə cütlüyün övladı olmayıb.

Sinyavskaya 60 yaşında sənət karyerasını bitirmək və səhnəni tərk etmək qərarına gəlir. O bunu ağır xəstə olan həyat yoldaşı üçün edib. Belə ki, o, Maqomayeva baxmalı olduğu üçün səhnəni tərk edib. Lakin Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 67 yaşında Moskvada həyat yoldaşı Tamara Sinyavskayanın yanında işemik ürək xəstəliyindən vəfat edib.

Hazırda isə Sinyavskaya Rusiya Dövlət Teatr Sənəti İnstitutunda vokal sənəti kafedrasına və Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fonduna rəhbərlik edir.



metbuat.az.