31 iyl 2023 16:17
Astroloqlara görə avqust ayının ilk günləri 3 bürc üçün uğursuz olacaq.
Metbuat.az astroloqların müəyyən etdiyi həmin bürcləri təqdim edir:
Dolça
Xüsusən dolça bürcü altında doğulan qadınlar avqust ayının əvvəllərində çətinliklərlə rastlaşa bilərlər. İş həyatında və karyerada planlaşdırdığınız şeylər yolunda getməyə bilər. Şəxsi münasibətlərdə sizi "imtahanlar" gözləyir. Emosional cəhətdən sakit qalaraq qərar verməyiniz sizi bu müddətdən üzüağ çıxaracaq.
Buğa
Buğa bürcü altında doğulan insanlar bütün çətinliklərə qarşı təkbaşına mübarizə aparmaq əzmində olsalar da, avqust ayının ilk günlərində rastlaşacaqları problemlər onları psixoloji cəhətdən yora bilər. İşlərinizi planlı və inamlı şəkildə yoluna qoymağa davam edin. Şəxsi həyatda çətinliklər yaşansa da, bu, keçici sınaqlar olacaq.
Qız
Avqust ayının ilk günləri qız bürcü altında doğulanlar üçün çətinliklərlə yadda qalacaq. Şans müvəqqəti olaraq onlardan yan keçəcək. Konkret və düşünülmüş addımlar ataraq bu müddəti "itkisiz" başa vura bilərsiniz.