1 iyl 2023 09:23
Polşada keçirilən III Avropa Oyunlarının 11-ci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı artıb.
Metbuat.az xəbər verir ki, ölkə 2 qızıl, 1 gümüş və 6 bürünc medalla ümumi sıralamada 1 pillə geriləyərək, 25-ci sıraya enib.
İlk “üçlük”də isə dəyişiklik olmayıb. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (24 qızıl, 23 gümüş, 32 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna isə (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü pillədəki mövqeyini qoruyub.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.