19 iyl 2023 18:27
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.