7 iyl 2023 19:00
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Metbuat.az "Report"a istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % çoxdur.
Təkcə iyunda isə qeyri-neft ixracının dəyəri 459,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.