METBUAT.AZ

Siyasət

Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini dəstəkləyib -

31 iyl 2023 15:00

“Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında ortaya qoyduğu münasibət göz önündədir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Ermənistanın etdiyi bütün qanunsuzluqlara baxmayaraq, qısa müddət ərzində Prezident İlham Əliyev açıq bəyanatla çıxış edərək bildirib ki, biz düşmənçilik səhifəsini bağlamağa və Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq.

”Eyni zamanda Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini də dəstəklədi. Azərbaycan bu bölgənin müharibələrdən uzaq bölgə olma istəyini ortaya qoyub. Ermənistanın mövqeyi isə şübhə doğurur. Azərbaycanın sülh müqaviləsi ilə bağlı çağırışına Ermənistan 13 ay cavab verməyib. 2022-ci ilin oktyabr ayında isə sülh danışıqlarının ilk raundu keçirildi. Hazırda danışıqlar davam edir. 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bəyan etməsi 2 il yarım çəkdi. Güman edirik ki, bu sözün sənəddə də əksini tapması bu qədər uzun çəkməz”, - Ceyhun Bayramov əlavə edib.


metbuat.az.