METBUAT.AZ

Siyasət

“Azərbaycan və ABŞ arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik” -

4 iyl 2023 15:18

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - paylaşımda qeyd olunub.


metbuat.az.