METBUAT.AZ

Hərbi

Azərbaycan və Türkiyə döyüş təyyarələri ilə bağlı

27 iyl 2023 13:03

Sabah, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanacaq.

Metbuat.az xəbər verir ki, sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanacaq.

Xatırladaq ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Azərbaycan da sərgidə təmsil olunur.

İyulun 26-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” modernləşdirməsi ilə bağlı müqavilə imzalanıb.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin


metbuat.az.