31 iyl 2023 00:06
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib.
“Biz Bajaurda siyasi konqres zamanı törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.
Pakistan hökumətinə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” - paylaşımda deyilir.