METBUAT.AZ

Ölkə

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı

13 iyl 2023 12:19

2023-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5865,2 milyon manat təşkil edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin 2897 milyon manatı heyvandarlıq, 2968,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,7%, bitkiçilik məhsulları üzrə isə 3% artıb.


metbuat.az.