METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda problemli kreditlərin məbləği

25 iyl 2023 11:28

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 15,4 %, son 1 ildə isə 24 % azalıb.

Bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət mayın sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.


metbuat.az.