METBUAT.AZ

Sağlamlıq

Azərbaycanda son sutkada 2 nəfər

9 iyl 2023 18:13

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 961 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 665 nəfər müalicə olunaraq sağalıb, 10 285 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.

Ölkədə son sutka ərzində 495, hazırkı dövrədək isə 7 650 864 test aparılıb.


metbuat.az.