15 iyl 2023 13:08
Bu ilin I yarısında Azərbaycan 200,1 milyon ABŞ dolları dəyərində oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü idxal edib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü ixracının dəyəri 1,4milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 39,7 % azdır.
Oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 2,4 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac gəlirlərinin 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.
6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.