8 iyl 2023 19:24
Biləsuvar və cənub rayonlarının rabitəsi kəsilib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb qazıntı işi aparılarkən magistral xəttin zədələnməsi olub.
Belə ki, Biləsuvar şəhəri, Azadlıq küçəsin sakini mənzili üçün küçədə anbar qazıntısı apararkən ərazidən keçən, Biləsuvar və cənub rayonlarını rabitəsinə xidmət edən magistral xətti zədələyib.
Hazırda Biləsuvar Telekomnukasiya Qovşağının kollektivi, səhər saatlarında baş verən qəzanın aradan qaldırmaqçün çalışır.