METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın sənaye zonalarına investisiyaların həcmi

21 iyl 2023 14:17

Azərbaycanın sənaye zonalarında 57 rezident qeydiyyatdan keçib və 3,959 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

Metbuat.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, bütünlükdə bu rezidentlər tərəfindən 12 min daimi iş yeri açılıb.

Belə ki, Sumqayıt Kimya Sənaye Parkında 28 rezident tərəfindən 3,29 milyard dollar investisiya qoyulub və 8 185 iş yeri açılıb. Qaradağ Sənaye Parkında bir rezident qeydiyyatdan keçib, Bakı Gəmiqayırma Zavoduna 498 milyon dəyərində investisiya qoyub və iki mindən çox iş yeri açıb. Bundan başqa, Ağdam Sənaye Parkının rezidentləri ümumilikdə 36,3 milyon dollar dəyərində investisiyalar qoymuş 16 sahibkarlıq subyektidir. "Araz vadisi İqtisadi Zonası" Sənaye Parkında beş rezident tərəfindən 8,8 milyon dollar, Mingəçevir (1 rezident) və Pirallahı (5 rezident) sənaye parklarında isə 125,6 milyon dollardan yuxarı investisiya qoyulub.

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 583,5 hektar, Qaradağ Sənaye Parkının ərazisi 72, Ağdam Sənaye Parkının ərazisi 190, "Araz vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi 200 hektar, Mingəçevir və Pirallahı sənaye parklarının əraziləri isə müvafiq olaraq26 və 30 hektardır.


metbuat.az.