1 iyl 2023 16:12
Azərbaycanlı model Diana Əhədpur geyimi ilə müzakirələrə səbəb olub.
Metbuat.az "Baku.ws"a istinadən xəbər verir ki, məclislərdən birinə qatılan model geyindiyi bahalı libası ilə bütün diqqətləri üzərinə çəkib.
Belə ki, Diananın "AREA" yaz-yay kolleksiyasına aid mavi dəstinin qiyməti 1790 dollar (təxminən 3343 AZN), braletinin qiyməti isə 779 dollar (təxminən 1324 AZN) olub.
Onun "Stuart Weitzman" brendinə aid çəkmələrinin qiyməti isə 895 dollardır (təxminən 1521 AZN).
Əhədpur bahalı və şıx libasını "Balenciaga" markalı çanta ilə tamamlayıb. Onun bu aksessuarının qiyməti isə 1865 dollardır (təxminən 3170 AZN).
Beləliklə model üzərindəki geyimə ümumi olaraq 5329 dollar (təxminən 9 059 AZN) xərcləyib.
Diananın geyiminin qiymətlərini "kim_hardan_geyinir" instaqram səhifəsi paylaşıb.
Məlumat üçün bildirək ki, azərbaycanlı model Diana Əhədpur iranlı iş adamı Əhədpur Xangah Mənuçehrin həyat yoldaşıdır.