30 iyl 2023 17:31
2023-cü ilin yanvar - iyun ayları ərzində əhali sektorunun təbii qazla təmin olunan 1 milyon 689 min 244 abonenti 12 qəpik tariflə qazdan istifadə edib.
Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, bu rəqəm ümumi abonentlərin 67,5 faizini təşkil edir:
"730 969 abonent 20 qəpiklik tariflə (ümumi abonentlərin 29,2 %-i) və 83 543 abonent 25 qəpiklik tarifilə (ümumi abonentlərin 3,3%-i) qazdan istifadə edib".