METBUAT.AZ

Ölkə

Bakı-Sumqayıt qatarlarına biletlərlə bağlı

1 iyl 2023 19:06

Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.

Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.


metbuat.az.