METBUAT.AZ

Siyasət

Bakı və Xankəndi arasında dialoq başlanmalıdır -

10 iyl 2023 10:10

"Bakı və Xankəndi arasında real dialoq başlanmalıdır".

Metbiat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klar "Twitter"də yazıb.

“Zorakılığa alternativ təqdim etmək, lazımi etimadı gücləndirmək və ləyaqəti təmin etmək üçün Bakı və Xankəndi arasında real dialoq başlanmalıdır. Avropa İttifaqı Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözləyir", - deyə Klaar əlavə edib.


metbuat.az.