METBUAT.AZ

Hadisə

Bakıda 21 yaşlı oğlan iş yoldaşının itələyərək yıxması nəticəsində

26 iyl 2023 16:37

İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmtəindən məlumat verilib.

İlkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci il təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.