METBUAT.AZ

Hadisə

Bakıda ana və qızını maşın vurub

14 iyl 2023 16:46

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində baş verib. Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.


metbuat.az.