METBUAT.AZ

Hadisə

Bakıda avtomobillərdən oğurluq edən şəxs

25 iyl 2023 10:36

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aqil Camalov saxlanılıb.

Araşdırmalarla onun “Toyota” markalı daha bir avtomobildən 630 manat pul oğurlaması da müəyyən olunub.


metbuat.az.