30 iyl 2023 10:06
ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən “Barselona” – “Real Madrid” yoldaşlıq oyununda katalonlular rəqibini darmadağın ediblər.
Metbuat.az xəbər verir ki, “Ey-Ti-end-Ti Stedium”da baş tutanda matçda “Barselona” “Real Madrid”i 3:0 hesabı ilə məğlub edib.
“Barselona”nın heyətində Usman Dembele (15-ci dəqiqədə), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) hərəyə bir qolla fərqləniblər. 20-ci dəqiqədə Vinisius Junior “Barselona”nın qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, daha öncə “Barselona” “Vissel Kobe”ni (2:0) udmuş, “Arsenal”a isə uduzmuşdu (3:5). “Real Madrid” isə öz növbəsində bundan əvvəl “Milan”ı (3:2) və “Mançester Yunayted”i (2:0) yenmişdi.
Növbəti oyunda “Barselona” “Milan”la, “Real” isə “Yuventus”la qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.
Xatırladaq ki, ötən mövsüm “Barselona” İspaniya çempionu olub, “Real Madrid” isə ikinci olub.