METBUAT.AZ

İdman

Bekhem Messini buna görə transfer edib

5 iyl 2023 12:49

“İnter Mayami” klubun sahibi Devid Bekhem “Barselona”ya qayıtmaq əvəzinə ABŞ-a transfer olmağı seçən Lionel Messi ilə niyə müqavilə bağladıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Messini Mayamiyə gətirmək onun pərəstişkarlarına verdiyi sözdür.

"Əvvəldən söz vermişdim ki, karyerasının hansı mərhələsində olursa olsun, Mayamiyə futbolun ən yaxşı oyunçularını gətirəcəyəm. Bütün kubokları başı üzərinə qaldıran və istədiyi işdə ən yaxşısını edən oyunçunun mənim komandam üçün oynamaq istədiyini biləndə özümü fərqli hiss etdim”


metbuat.az.