METBUAT.AZ

Mədəniyyət

Bir aya yaxındır ki bu qurumun rəhbəri vəzifəsi boşdur -

6 iyl 2023 14:21

Xəbər verdiyimiz kimi, ötən ayın 9-da Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.

Dövlət Turizm Agentliyinə Orxan Sadıqovun yerinə təyinat olub-olmaması ilə bağlı sorğu ünvanladıq.

Agentlikdən Metbuat.az-ın sorğusuna cavab olaraq bildiridi ki, hazırda Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, Orxan Sadıqov bu vəzifədən sonra Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb.


metbuat.az.