15 iyl 2023 09:34
Bu gün Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcək.
Metbuat.az xəbər verir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş başlayacaq. Danışıqların Bakı vaxtı ilə saat 15:00-da keçiriləcəyi gözlənilir.
Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunur.
Hər iki ölkənin liderləri dünəndən etibarən Brüsseldə səfərdədir.